Edvard Teller

Edvard Teller (ivritcə:אדוארד טלר), (15 yanvar 1908[…], Budapeşt, Avstriya-Macarıstan – 9 sentyabr 2003[…], Stenford[d], Kaliforniya) — O, macarəsilli amerikalı fizik və ABŞ-da nüvə texnologiyasının banilərindən biridir. Edvard Teller İkinci Dünya müharibəsində Manhetten layihəsinin üzvü və Lourens Livermor Milli Laboratoriyasının yaradıcısı olmuşdur. Bəziləri onu “hidrogen bombasının atası” adlandırır. Özü isə bunu dəyərsiz hesab edirdi. O, doktorluq dissertasiyasını Leypsiq Universitetində Verner Heyzenberqin rəhbərliyi altında yazmış və Enriko Ferminin məsləhəti ilə nüvə fizikasına müraciət etmişdir.


Developed by StudentB